Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Qarabağda separatizm yuvası məhv edildi və milli suverenliyimiz bərpa olundu

0

  • Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbədən sonra Ermənistan kapitulyasiya aktına qol çəkməyə məcbur oldu. Kapitulyasiya aktına əsasən Qarabağda olan seperatçı qüvvələr tərki-silah olunmalı idi. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi idi. Buna görə də son bir
    neçə ayda təxribatlar daha da artdı. Guya Qarabağda yaşayan ermənilər “huminatar” fəlakətlə məruz qalıblar yalanı ilə dünya ictimaiyyətini aldatmağa,
    manipulyasiyalar etməyə cəhd göstərdilər. Seperatçılar tərəfindən ordumuzun mövqeləri müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutuldu, ərazilərimizin minalanması davam etdirildi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsiişləri aparıldı, eləcə də səngər və sığınacaqların sayı artırıldı. Səbrimizi
    daşıran belə hallar ordumuzu antiterror tədbirləri başlatmasına təhrik edirdi. Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində
    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak oldu. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmu və yaralandı.
    Artıq tədbir zamanı, qisas vaxtı yetişmişdi. Görünür, 44 günlük müharibədə başına aldığı dəmir yumruqdan “dərs” çıxartmayan həyasız düşmənə daha bir ağır sarsıdıcı zərbə də lazım imiş. Saat
    13:00-da isə Azərbaycanın Müdafiə Nazirliyi bəyanat yayaraq Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda antiterror tədbirlərinə başladığını bildirdi. Bəyanatda "Azərbaycan Müdafiə Nazirliyinin dəfələrlə
    10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsində olan Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh üçün ciddi təhdid mənbəyi"
    olduğu qeyd edilmişdi. Peşəkar Ordumuzun antiterror tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri,
    eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Yalnız legitim hərbi hədəflər sıradan
    çıxardan Ordumuz mülki əhali və infrastruktur obyektləri hədəfə almadı. Bununla yanaşı, mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırışlar oldu, bu barədə mobil
    SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərildi. Eyni zamanda səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edildi və məlumat vərəqələri paylanıldı. Keçirilən antiterror tədbirlər barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və
    Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırıldı.
    Antiterror əməliyyatında əvvəl də, əməliyyat gedərkən də bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolunun erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılması olduğu diqqətə çatdırıldı. Zəfərin dadını duyan xalqımız yenə yüksək vətənpərvərlik ruhu, döyüş əzmi ilə Ordumuza dəstək oldu. Vətən müharibəsində olduğu kimi antiterror tədbirlərində də siyasi partiyalar Müzəffər Ali Baş Komandan İlham Əliyevə dəstəyini bildirərək bəyanat qəbul etdilər. Bəyanatda deyilir ki, Azərbaycanınsiyasi artiyaları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı
    birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təminolunması üçün həyata keçird iyi siyasəti və verdiyi hərbi əmri dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı Vətən müharibəsində olduğu kimi, bu şərəfli işdə də həmrəyliyə, möhtərəm Prezidentimizi və Ali Baş
    Komandanımızı dəstəkləməyə çağırırıq.Lakin
    kakimiyyətin siyasi dialoqla bağlı bütün jestlərinə rəğmən öz xain mövqe və məkrli niyyətlərinə sadiq qalmış “trio”- Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası və Real Partiyası bir daha öz xain xislətini nümayiş etdirdilər.
    Onlar vətənsevər siyasi qüvvələrin Bəyanatına imza vurmaqdan imtina etdilər.
    Buradan belə qənaətə gəlmək olar ki, xainlər və düşmənlər xislətini heç vaxt dəyişmir.Qərbi
    Azərbaycan İcması hər zaman olduğu kimi öz fəal mövqeyini nümayiş etdirdi və beynəlxalq ictimaiyyəti ədalətə çağırdı. Bəyanatda bildirilir ki, bütün bunlar Ermənistanın Azərbaycan ərazilərindən qoşunlarını tam çıxarmaq öhdəliyini yerinə yetirməkdən imtina etməsi, separatizmi dəstəkləməsi, Azərbaycanın reinteqrasiya
    səylərini sabotaj etməsi və Azərbaycana qarşı beynəlxalq miqyasda kütləvi qarayaxma kampaniyası aparması kontekstində baş verir. Açıq görünür ki, Ermənistanın hədəfi yenidən güc tətbiq etməklə Azərbaycanın ərazilərini nəzarət altında
    saxlamaq və ərazi iddiasını davam etdirməkdir. Həmçinin beynəlxalq ictimaiyyəti Ermənistanın mono-etnik dövlətçilik və ərazi ekspansiyası ideologiyasından əl çəkməsi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı qəsdini dayandırması və Ermənistandan qovulmuş azərbaycanlıların ləyaqətlə və təhlükəsiz şəkildə öz evlərinə qayıtmasına şərait yaratması üçün bu dövlətə təzyiq etməyə çağırırılıb. 24 saat ərzində terror yuvalarını darmadağın edən Ordumuzun qarşısında düşmən ağ bayraq qaldıraraq diz çökdü. Azərbaycan Respublikası Müdafiə Nazirliyi
    Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da
    aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə edildiyini bildirdi. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti əsasında 2023-cü il sentyabrın 21-də
    Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin təmsilçiləri qismində Sergey Martirosyan və David Melkumyan ilə konstruktiv və müsbət mühitdə keçən
    görüşdə Azərbaycan Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin
    reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri
    üzrə müzakirələr aparılıb. Döyüş meydanında məğlub olan Ermənistan BMT Təhlükəsizlik Şurasında Qarabağa həsr olunmuş iclasda da rüsvay oldu. Belə ki, iclasda bir neçə ölkə, xüsusən də Fransa, Almaniya, Malta və Afrikanın bir neçə ölkəsi əsassız ittihamlar səsləndiriblər.
    Birləşmiş Ərəb Əmirlikləri, Çin və Rusiya neytral mövqedən çıxış etsə də, Türkiyə hər zaman olduğu kimi Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Daha
    sonra Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çıxış ediblər. Azərbaycanlı nazir rəsmi Bakının həyata keçirdiyi antiterror tədbirlərinin əsl mahiyyətini açıqlayıb. İclas heç bir sənəd
    qəbul olunmadan başa çatıb.Bütün bu hadisələr onu deməyə əsas veririr ki, antiterror tədbirlərinin nəticələri sülh müqaviləsinin imzalanması üçün maneələri aradan qaldıracaq. Yaxın zamanda Xankəndidə, Xocalıda və digər yerlərdə dövlət
    bayrağımız qaldıralacaq. Qoy düşmən bu dəmir yumruqdan, rüsvayçı məğlubiyyətdən dərs çıxarsın. Bu gün Azərbaycan güclü dövlətdir. Onun güclü Ordusu var.  Müzəffər Ali Baş Komandan xalqa tarixi müraciətində bir daha bizə xor baxanlara, torpağımıza göz dikənlərə, uğurumuzu həzm edə bilməyənlərə bir daha mesajını çatdırdı: “Heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər
    zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz!
    Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”
    Qalib Quliyev,
    Xocalı rayon sakini
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib82 dəfə
    qarabağda separatizm yuvası məhv edildi milli suverenliyimiz bərpa olundu

    Maraqlı gələ bilər
    46
    310